-“2050-ci ilədək insanların 70 faizinin şəhərlərdə yaşayacağı gözlənilir”.
Bu fikirlər Kosta Rikanın sabiq prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin Birləşmiş Millətlər Təşkilatındakı daimi müşahidəçisi Laura Çinçilya aiddir.
Laura Çinçilya deyib ki, “Hazırda dünyada problemlər ən çox sıxlıq olan şəhər mühitlərində baş verir. 2050-ci ilədək insanların 70 faizinin şəhərlərdə yaşayacağı gözlənilir. Bu da hazırkı çağırışları artıracaq. Birgə fəaliyyət zəruridir. İdman sosial, iqtisadi və ekoloji sahələrdə inkişafı sürətləndirən aşağı xərcli, lakin yüksək təsirə malik bir vasitədir. İdmanın şəhər siyasətinə və planlaşdırılmasına inteqrasiyası sağlamlıq və rifahı gücləndirir”.
İslam MAHMUDOV
