ELAZ.İNFO Mynetə istinadən xəbər verir ki, bu Bundibugyo virusunun səbəb olduğu Ebola epidemiyasına qarşı peyvənd yoxdur!
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Konqo Demokratik Respublikasının (DRC) nümayəndəsi Enn Ancia Konqoda Ebola epidemiyası ilə bağlı vəziyyətin “son dərəcə narahatedici” olduğunu bildirib. Epidemiyada ölənlərin sayı günü-gündən artsa da, yoluxma sayının sürətlə artması qlobal narahatlığı artırıb.
Ancia Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransına onlayn olaraq qatıldı və qiymətləndirmələr etdi.
DRC və Uqandada Bundibugyo virusunun səbəb olduğu Ebola epidemiyasına işarə edən Ancia, DRC hökumətinin İturi əyalətində 8 hadisənin təsdiqlənməsindən sonra mayın 15-də epidemiya elan etdiyini xatırladıb.
Aydan
