2026-cı il mayın 19-da Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı və GSNP-nin (Global South NGO Platform) tərəfdaşlığı ilə WUF tarixində ilk dəfə “WUF13 NGO Forum” keçiriləcək. Forumun açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax-ın da iştirakı gözlənilir.
ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın QHT Agentliyindən verilən məlumata görə forum saat 14:00-da (WUF13 area, Dialogue Room A) başlayacaq.
