Yenə həmin yağış, həmin problem…

Bakıya 1 aydan sonra 2-ci dəfə çox güclü yağış yağdı. 2-ci dəfə də küçələri, evləri çox su basdı. Nə şərh yazasan? Yeni heç nə? Keçən dəfə su basdı, yazdıq, tənqid etdik, şəhər infrastruktur, kanalizasiya, kollektor problemlərindən. Yenə həmin yağış, həmin problem. 1 ay sonra yenə həmin yağış olsa, yenə həmin problem olacaq.

Demək, paytaxtın infrastrukturu bu cür güclü yağışa davamlı deyil. Demək ki, İnfrastrukturu tamamilə dəyişdirmək lazımdır. Bu da, 10-20 günün işi deyil, şəhərin yerin üstü deyil, altıdır. Aylarla, bəlkə ildən də çox, qazıntılar lazımdır. Demək ki, zaman lazım, zamanla düzələ bilər. Demək ki, vaxtında edilməliymiş, bu yeniləmə.

Yəqin ki, hökumət nəhayət, problemin aradan qalxrmasına xüsusi diqqət yetirər. Belə olmaz, bu subasmalsr şəhərin altını yuyub apara bilər, torpaq, binalar sürüşmələrinə səbəb ola bilər.

İlqar ALTAY

Bizi izləyin və paylaşın