“Yuxulu Co Bayden Administrasiyasının çox dəqiq təsviri. Böyük ziyan dəyib, amma BİZ QAYITDIQ!!! Prezident DJT”
ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Donald Tramp özünün sosial şəbəkə hesabında karikatura paylaşaraq, üstündə “Yuxulu Co Bayden Administrasiyasının çox dəqiq təsviri. Böyük ziyan dəyib, amma BİZ QAYITDIQ!!! Prezident DJT” -sözlərini yazıb. Karikaturada Tramp Bayden Administrasiyası haqqında təsəvvürünü təsvir edib.
Prezident kreslosunda pijamada oturub xoruldayan “yuxulu” Codur. Onun arxasında Barak Obama və Hillari Klinton dayanıblar – yəni əslində Administrasiyanı idarə edənlər onlardır. Baydenin yerinə imza atmaq qərarını Obama verir – “autopen” qutusu onun əlindədir. Qol çəkən, deyəsən, Nensi Pelosidir. Baydenin qarşısında stoldan burnuna kokain çəkən isə onun oğlu Hanter Baydendir.
Beləliklə, karikaturada 2 ABŞ prezidenti, 1 dövlət katibi və prezidentliyə namizəd, 1 Konqresin spikeri, 1 prezident oğlu. Fikrimcə, əslində bu karikaturada dövlətin özü lağa qoyulub.

…Və bütün bunları təsvir edib, lağa qoyan ABŞ-ın fəaliyyətdə olan prezidentidir.
Asif ŞƏFƏQQƏTOV
