23 aprel 2026-cı il tarixində paytaxtda “Memarlıq və Şəhərsalma İli” çərçivəsində “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfransın möhtəşəm açılış mərasimi keçirilib.
ELAZ.İNFO xəbər verir ki, tədbir dövlət qurumlarının geniş tərəfdaşlığı ilə qadınların bu sahədəki rolunu ön plana çıxarıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan konfransa Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, KOBİA və Azərbaycan Memarlar İttifaqı dəstək verib. Tədbirdən öncə nümayiş etdirilən qadın memarların əl işlərindən ibarət sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan rəsmi hissədə qadınların memarlıq və şəhərsalma sahəsində ictimai fəallığının artırılmasının əhəmiyyəti vurğulanıb. Çıxışlarda qeyd olunub ki, qadınların qərarqəbuletmə proseslərində daha çox təmsil olunması şəhərlərin daha təhlükəsiz və dayanıqlı inkişafına birbaşa töhfə verir.
Konfrans işini iki əsas panel üzrə davam etdirib: Bərabər imkanların təmin olunmasında iqtisadi gücləndirmə və hüquqi islahatlar” Təhlükəsiz şəhərlər: dayanıqlı inkişaf modellərinin planlaşdırılmasında genderə həssas yanaşma”
Bu müzakirələr qadın memarların peşəkar inkişafı və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması üçün mühüm platforma rolunu oynayır.
Ruslan Məmmədov
