ELAZ.İNFO xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev karyerasında yeni mərhələyə başlayıb.
29 yaşlı futbolçu Rusiyanın I Liqa təmsilçisi “Soçi” klubuna keçib. Tərəflər arasında imzalanan müqaviləyə əsasən, Şeydayev yeni komandasında bir mövsüm çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü son olaraq “Qarabağ”ın formasını geyinib. Hücumçu daha əvvəl Rusiya, Türkiyə və digər ölkələrin klublarında da çıxış edib.
Şeydayevin “Soçi”yə keçidi onun karyerasında yeni çağırış kimi qiymətləndirilir. Futbolçunun qarşıdakı mövsümdə komandaya hücum xəttində kömək etməsi gözlənilir.
İslam MAHMUDOV


