Elnur İmanov səs yazısı iddialarını təkzib etdi

Elnur İmanov səs yazısı iddialarını təkzib etdi

ELAZ.İNFO xəbər verir ki, sosial şəbəkələrdə uşaq kardioloqu Elnur İmanovun adına yayıldığı iddia edilən səs yazısı müzakirələrə səbəb olub. Həkim məsələ ilə bağlı açıqlama yayaraq həmin audio materialın özünə aid olmadığını bildirib.

Elnur İmanov qeyd edib ki, uzun illər tibb sahəsində çalışır və peşə fəaliyyəti ərzində qazandığı etimadın əsassız iddialarla zədələnməsinə imkan verməyəcək. Onun sözlərinə görə, müasir texnologiyalar vasitəsilə insanların səsini təqlid etmək və saxta audio hazırlamaq mümkündür. Buna görə də hər hansı ekspertiza aparılmadan yayılan materialların doğru kimi təqdim edilməsini qəbul etmir.

Həkim hesab edir ki, baş verənlər təsadüfi deyil və onun nüfuzuna xələl gətirmək məqsədi daşıya bilər. O bildirib ki, məsələnin hüquqi və texniki baxımdan araşdırılması üçün müvafiq addımlar atacaq.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın