Araz çayı sahilində güclü yanğın baş verib

Füzulidə Araz çayı sahilində güclü yanğın baş verib

Füzuli rayonunda açıq ərazidə baş verən yanğın geniş sahəyə yayılıb.

ELAZ.INFO xəbər verir ki, hadisə rayonun Mollaməhərrəmli kəndi yaxınlığında, Araz çayı boyunca yerləşən açıq ərazidə qeydə alınıb. İlkin məlumata görə, alov qısa müddətdə geniş ərazini əhatə edib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının qarşısının alınması və tam söndürülməsi istiqamətində işləri davam etdirirlər.

Yanğının başvermə səbəbi, eləcə də alovun əhatə etdiyi ərazinin dəqiq həcmi araşdırılır.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın