ELAZ.İNFO xəbər verir ki, Ermənistanda ev dustaqlığında olan iş adamı və siyasi xadim Samvel Karapetyanın jurnalistlərə verdiyi açıqlamalar sosial şəbəkələrdə geniş müzakirə olunur.
Yayılan görüntülərdə Karapetyan siyasi fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirərək, mübarizədə qalmasının vacibliyini vurğulayıb. Onun bu fikirləri jurnalistin əlavə sualları ilə müşayiət olunub.
Videoda jurnalist Karapetyanın tərəfdarlarının ona “cənab Baş nazir” deyə müraciət etməsi ilə bağlı iddiaları da xatırladıb. Karapetyan isə belə müraciətlərin davam etdiyini bildirib.
Qeyd edək ki, Ermənistan məhkəməsinin qərarı ilə Samvel Karapetyanın ev dustaqlığı müddəti daha iki ay uzadılıb. Onun barəsində aparılan istintaq davam edir.
Karapetyanın son açıqlamaları və yayılan görüntülər Ermənistan ictimaiyyətində müxtəlif reaksiyalar doğurub.
İlahə BAYINDIR


