ELAZ.İNFO xəbər verir ki, Amsterdam 1 maydan etibarən ət məhsulları, daxili yanma mühərrikli avtomobillər, aviauçuşlar, kruizlər və qazıntı yanacaqlarından (neft, qaz, kömür və s.) istifadə edən hər şeyin reklamını qadağan edib. Bilbordlarda, avtobus dayanacaqlarında və digər ictimai yerlərdə bu tip reklamlar olmaz. Hələlik ticarət obyektlərinin fasadlarında və daxilində onların reklamına icazə verilir. Hələlik…
Bu “gözəl” qadağanın təşəbbüskarları “Yaşıl solçular” və ” Heyvanların müdafiəsi partiyası”dır. Niderland normallıq qadağan edilən ilk ölkə olsa da Amsterdam ilk şəhər deyil – ondan əvvəl bu təşəbbüsdə Niderlandın Haaqa və Utrext şəhərləri bulunublar.
Məqsəd guya sakinləri ekoloji cəhətdən daha təmiz həyat tərzi sürməyə və qlobal istiləşmə ilə mübarizə aparmağa təşviq etməkdir. Axı onlar yalnız adi insanların xoşbəxtliyi haqda düşünürlər.
Belə görünür ki, qlobalistlər hələ də öz işlərindədirlər. Adi insanlar normal əti unutmalı və həşərat yeməyə (onu reklam etmək olar) alışmalıdırlar, həbs düşərgəsindəki kimi yaşamalı, evindən 15 km uzağa getməməlidirlər.
Hələlik ətin reklamı qadağan edilir, sonra əti yemək qadağan olunacaq, daha sonra ət yeyəni kannibal kimi cəzalandıracaqlar.
Asif ŞƏFƏQQƏTOV