Minsk və Moskva arasında illərdir sürən gərginlikdə kartlar yenidən açılır.
ELAZ.İNFO xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun müxtəlif illərdə kəskin şəkildə bəyan etdiyi “Belarus Rusiya deyil!” tezi rəsmi Minskin Moskva ilə münasibətlərdə yürütdüyü riskli oyunun görünməyən tərəflərini ortaya qoyur.
İllərdir davam edən bu yanaşma Lukaşenko hakimiyyətinin bir tərəfdən Rusiyanın ucuz enerji resurslarından, kreditlərindən və siyasi çətirindən bəhrələnmək, digər tərəfdən isə öz suverenliyini və ölkədəki mütləq hakimiyyət rıçaqlarını Kremlinə təslim etməmək üçün istifadə etdiyi əsas geopolitik manipulyasiya vasitəsi olub.
Analitiklər bildirir ki, Lukaşenko bu sərt ifadəni hər dəfə Moskva ilə iqtisadi imtiyazlar uğrunda mübarizə kəskinləşəndə gündəmə gətirib. Lakin son illərdə baş verən hərbi-siyasi proseslər və Belarusun Moskvadan tam asılı vəziyyətə düşməsi bu ifadənin reallığını sual altına alır.
Bəs bu gün Belarus həqiqətən də müstəqil qala bilib, yoxsa “Belarus Rusiya deyil” devizi artıq sadəcə keçmişin əks-sədasından ibarətdir?
Ruslan MƏMMƏDOV


