ELAZ.İNFO xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın Krasnodar bölgəsindəki Taman neft terminalına və Perm bölgəsindəki kimya zavoduna dron hücumları həyata keçirdiyini açıqladı. Hücumun miqyası hələlik bəlli olmasa da, bu inkişaf enerji bazarlarında yeni bir risk faktoru yaratdı.
SBU rəsmisi Taman neft terminalına edilən hücumun 22 yanvardan bəri eyni obyektə qarşı ikinci əməliyyat olduğunu açıqladı. Rəsmi şəxs hələlik itki və ya ziyanla bağlı qəti məlumat paylaşmayıb. Rusiya hakimiyyəti hələlik hücumun təsirinin ətraflı izahını verməyib.
Qeyd edək ki, Taman terminalı Rusiyanın cənubundakı Qara dənizə mühüm ixrac nöqtələrindən biri kimi tanınır. Terminal, xüsusən də xam neft və neft məhsullarının daşınmasında mühüm rol oynayır.
İlahə BAYINDIR