2025-ci il “Konstitusiya və Suverenlik İli”dir

2025-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.

 

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmə oldu. Qeyd edildi ki, istənilən dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair əsas konstitusiya prinsiplərinin mövcudluğu ilə şərtlənir. Belə ki, hər bir hüquqi dövlətin Konstitusiyası bu təməl prinsipləri müəyyən edərək, insan hüquqları və azadlıqlarının müdafiəsi, hakimiyyətlərin bölgüsü və digər bir sıra mühüm hüquqi başlanğıcları özündə ehtiva edir.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası preambula, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olmaqla, 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir. 1996-cı il 1 noyabr tarixli fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başlanmışdır.

Tədbirdə bir çox ailə, qadın və uşaq məsələləri haqda müzakirələr aparılmış, xüsusilə vurğulanmışdır ki, Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqları, onların reallaşdırılmasının ümumi mexanizmləri olduqca geniş şəkildə öz əksini tapmışdır. Konstitusiyada bu hüquq və azadlıqlar xüsusi imtiyaz olaraq deyil, məhz hər kəsin doğulduğu andan malik olduğu toxunulmaz, pozulmaz və ayrılmaz ali dəyərlər kimi ifadə edilir.

Əsrlər boyu başına bəlalar gətirilmiş, yadelli işğalçıların hücumlarına məruz qalmış Azərbaycan xalqı indi tarixinin ən xoş çağlarını yaşayır. Çünki ən ali məqsədinə, ən uca amalına, ən böyük arzusuna çatmışdır. Müstəqil və suveren dövlətə sahib olmuşdur.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncamında bildirildiyi kimi: “Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur.

Yekunda qeyd edilmişdir ki,  inanırıq  ki, “Konstitusiya və Suverenlik İli”miz dövlətimiz və xalqımız üçün yeni nailiyyətlər, sülh, əmin-amanlıq ili olacaq.

Esmira RƏHİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir