Son zamanlar Ukrayna prezidenti Zelenskinin getməsi, onu başqa biri ilə əvəz olunması xəbəri tez-tez mətbuatda görünməkdədir. Bu nədir? Zelenskini hazırlayıb hakimiyyətə gətirən, müharibəyə təhrik edən, 4 il müharibədə ona hər cür yardımlar edən ABŞ və Avropa Birliyi nədən artıq Zelenskinin getməsi haqqında düşünməyə başlayıblar? Rusiyaya gücü çatmayan, onu işğalçılıq siyasətindən əl çəkdirməsini bacarmayan güclər, artıq Rusiya ilə birbaşa döyüşdən çəkinməyə başlayıblar?. ABŞ və İngiltərə əvvəldən belə bir senaridən özlərini sığortalayır ki, Rusiya ilə açıq üz-üzə gəlməsinlər. Avropa dövlətlərinin də bu müharibəni aparmağa gücü yoxdur. Almaniyanı və Polşanı tam güçləndirmək də vaxt aparacaq. Düşünürəm ki, vəziyyəti bundan sonra da öz kontrolunda saxlamaq üçün Avropa birliyi və ABŞ “sülh” əldə etmək üçün Ukraynaya “sözəbaxan” bir prezident gətirmək istəyirlər. Bununla da Qərb və ABŞ hesab edirlər ki, ənənəvi rəqibini kifayət qədər zəiflədiblər. Qərb və ABŞ mümkün qədər Ukrayna Rusiya müharibəni uzatmağa çalışacaqlar. Əgər görsələr ki, Rus “ayı”sı artıq bunlara real təhlukə yarada bilər, bax o zaman gerçəkdən də tez müharibəni saxlayacaqlar. Bunun da ən asan yolu Zelenskinin yerinə hazırladıqları adamı təyin etməkdir. Zelenskinin də fiziki olaraq sağ qalıb qalmaması da onun özünü daha “ağıllı” aparmasından asılıdır.
Tahir Ələkbərov