Zədəli oyunçular barədə məlumat var

01.04.2025

Məlum olduğu kimi, “Neft”çinin oyunçuları “Araz Naxçıvan”la oyun zamanı ciddi şəkildə zədələnmişdilər.

ELAZ.İNFO-YA daxil olan məlumatlara görə komandanın oyunçusu Bassala Sambunun zədəsinin ciddi olmadığı barədə məlumatlar geniş ictimaiyyətə təqdim olunub. O da bildirilib ki, artıq Bassala Sambu komandanın məşqlərinə qatılır.

Neftçi”nin digər oyunçusu Mustafa Sekinin sağlamlığında isə problemlər hələ də qalmaqdadır. Sekin  komandanın hazırlıq məşqlərində iştirak etmir.

İslam MAHMUDOV

👁 90
Teqlər:

Şərh yaz

E-poçt ünvanınız yayımlanmayacaq.