Yuan üç ildən çox müddətin maksimumuna yüksəlib

22.09.2026

ELAZ.İNFO xəbər verir ki, Çinin milli valyutası yuan ABŞ dollarına qarşı son üç ildən artıq müddətin ən yüksək səviyyəsinə çatıb. Reuters-in məlumatına görə, hərəkət Çin Mərkəzi Bankının valyuta məzənnəsi üzrə əvvəlki siyasətində müəyyən yumşalmanın müşahidə olunması fonunda baş verib.

Yuanın möhkəmlənməsi ABŞ və Çin liderlərinin sentyabrın 23-25-də keçirilməsi planlaşdırılan görüşü ərəfəsinə təsadüf edir. Tərəflərin danışıqlarında ticarət, süni intellekt və təchizat zəncirlərinin də müzakirə ediləcəyi gözlənilir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
👁12