Ukraynada yeni hava zərbələri: Zaporojye şəhərinə hücum olub

22.09.2026

ELAZ.İNFO xəbər verir ki, Ukraynada son günlər qarşılıqlı dron hücumları intensivləşib. AP-nin məlumatına görə, Rusiya qüvvələrinin Zaporojye şəhərinə endirdiyi zərbələr nəticəsində yaşayış binaları, universitet və ticarət obyektlərindən bəziləri zərər görüb, yaralananlar var.

Ukrayna tərəfi isə əvvəlki günlərdə Rusiyaya qarşı genişmiqyaslı pilotsuz uçuş aparatı hücumları həyata keçirildiyini açıqlayıb.

Tərəflərin məlumatları müstəqil mənbələr tərəfindən bütün hallarda eyni şəkildə təsdiqlənməyib.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
👁33