ELAZ.İNFO xəbər verir ki, rəsmi Kiyev yandırdıqları obyektlərin Rusiyanın müharibəni davam etdirməsində mühüm rol oynadığını bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın neft infrastrukturu və hərbi hədəflərinə qarşı yeni uzaqmənzilli hücumlar həyata keçirildiyini açıqlayıb. O bildirib ki, əməliyyatlar Moskvanın strateji obyektləri və hərbi-logistika imkanlarını hədəf alıb.
Volodimir Zelenski avqustun altısı axşamı videomüraciətdə Ukrayna qüvvələrinin Başqırdıstandakı “Başneft-Novovil” neft emalı zavodunu və Yaroslavl vilayətində yerləşən “Slavneft-YANOS” neft emalı zavodunu uzaqmənzilli zərbələrlə vurduğunu bildirib.
Rusiya rəsmiləri Ukraynanın səsləndirdiyi iddialara dair rəsmi açıqlama verməyiblər.
Natəvan Bəydili


