Bakıda güləş üzrə dünya çempionatı davam edir


ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın paytaxtı bu günlərdə yalnız Formula 1-lə deyil, güləşlə də dünya idmanının diqqət mərkəzindədir.
Bakıda U-17 dünya güləş çempionatı keçirilir və müxtəlif ölkələrdən gələn yeniyetmə idmançılar medallar uğrunda mübarizə aparırlar. Dünya Güləş Birliyinin məlumatlarında yarışın ilk günlərində Rusiya, Qazaxıstan və Ukrayna komandalarının bir neçə finalçı ilə mübarizəyə çıxdığı qeyd olunur.
Turnirin Bakıda keçirilməsi Azərbaycan paytaxtını yeniyetmə güləşinin beynəlxalq platformalarından birinə çevirib. Yarış həm gələcəyin ulduzlarının, həm də müxtəlif güləş məktəblərinin müqayisəsi baxımından diqqətlə izlənilir.
Azərbaycan üçün isə turnirin ev sahibi ölkə üstünlüyü ilə yanaşı, yerli güləşçilərin beynəlxalq səviyyədə təcrübə qazanması baxımından da əhəmiyyəti var.
İslam MAHMUDOV





