Türkiyədə cinayət törətdi, Gürcüstanda həbs edildi

Mərkəzi Polis İdarəsinin Acara Şöbəsi və Baş Prokurorluğun əməkdaşları İnterpolun qırmızı xətti ilə axtarılan Türkiyə Respublikası vətəndaşı E.D-nı Kobuletidə saxlanıb.

ELAZ.İNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, 1991-ci il təvəllüdlü E.D 2025-ci ilin 17 oktyabr tarixindən Türkiyədə törətdiyi qəsdən adam öldürmə və bədənə xəsarət yetirmə cinayətlərinə görə axtarışda idi.

Qeyd edilən hadisə ilə bağlı həbs edilən şəxsin üzərində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları reallaşdırılır.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights