Türk Dövlətləri Təşkilatı güc mərkəzi səviyyəsinə yüksəlməyə borcludur!

ELAZ.İNFO

Türk Dövlətləri Təşkilatı, daha böyük və daha qüdrətli güc mərkəzi səviyyəsinə yüksəlməyə borcludur! TDT qütübləşən dünyada elə yüksək səviyyədə olmalıdır ki, həm Türk dünyasının, həm də İslam dünyasının maraqlarını etibarlı müdafiə edə bilsin. ABŞ bazalarının Yaxın şərq ölkələrində yerləşdirilməsi və milyardlarla vəsaitin xərclənməsi, real müharibədə məlum oldu ki, bu bazalar onları qoruya bilmədi. Raketlərlə bu ölkələrin bütün inzibati məntəqələrinə zərbələr endirdi. Türk Dövlətləri Təşkilatı öz zəngin resurslarına arxalanaraq bir iqtisadi zona yaratmalı, bir valyuta, pul vahidi yaratmalı, bir mərkəzləşmis maliyyə sistemi yaratmalı, bir ordu, hücum və müdafiə ordusunu yaratmalıdır! Belə bir TDT tək bütun Türk dünyasının maraqlarını yox, həm də bütün İslam dünyasının və bütün xoş niyyətli sülh istəyən bütün dövlətlərin etibarlı müdafiəçisi olacaq! Bu hədəflərə çatmaq üçün, mütləq gərək İran adlı çoğrafiyada Azərbaycan Türklərinin hakimiyyəti bərpa olunsun! Dünyada xeyir qüvvələrin şər qüvvələr üzərində qələbəsini təmin etmək üçün gərək mütləq İranda yenə də Azərbaycan Türkləri hakimiyyətə gəlsin! Bu hədəflərə çatmaq üçün gərək birinci ideoloji İnformasiya müharibəsində qalıb olaq. Bu günə qədər təxminən 100 ildir Türk xalqlarının tarixi bilərəkdən saxtalaşdırılıb. Biz gerçək tariximizi bu gün hamıya olduğu kimi çatdırmaq üçün hər gün informasiya müharibəsində dayanmadan mübarizə aparmalıyıq! Bu gün dünyada güclərin münasibətləri davam edir. Dünyanı ancaq öz maraq dairələrinə bölmək uğrunda müharibə aparılır. Güclərin bu müharibəsi ideoloji, informasiya, diplomatiq, hibrit cəbhələrdə dayanmadan davam etməkdədir! Güclərin bu müharibəsi Ukraynada, İranda açıq hərbi cəbhədə də davam etməkdədir! Onları nə Ukraynada, nə də İranda insanların ölümü maraqlandırmır. Bizim tarixi dövlətimiz olan müasir İran 101 əvvəl bu məkirli güclərin sələfləri Azərbaycan dövləti olmuş Qacarlar dövlətini ənənəvi maraqları üçün farslaşdırdılar. Bu gün həmən müharibənin davamıdır. Dünyada hər zaman ən ədalətli güc olan Türk dünyasının dövlətləri, ayılın! Özünüzə dönün! Yenə də qüdrətli olun! TDT-ni qüdrətli güc mərkəzinə çevirin!
2026-cı il aprelin 30 da ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə 90 dəqiqə telefonla həm Ukrayna, həm də İran müharibəsi haqqında danışıb, müzakirə ediblər. Nə İran, nə də Ukrayna rəhbərləri iştirak etmədən bu dövlətlərin taleyini həll etmək üçün danışıblar. Bu nədir?! Onlar Ukraynanın və İranın kimin təsiri altında olmasını 90 dəqiqə müzakirə ediblər. Bu demokratiya, qardaşlıq, bərabərlik deyil. Bu güclərin hegemonluğudur! Sabah onlar bizim də məsələmizi, bizsiz müzakirə edəcəklər! Ona görə Türk dünyası, İslam dünyası birləşin! Bütün ədalət və sülh tərəfində olan dövlətlər birləşin! Türk Dövlətləri Təşkilatını ən qüdrətli güc mərkəzi səviyyəsinə yüksəldin! Bu bütün insanlığın, bütün bəşəriyyətin hədəfidir!

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights