Tramp İranla razılığa gəlib, çərçivə sazişi bağlamaq istəyir?

-“Hazırda ABŞ Hörmüz boğazına tətbiq etdiyi blokadanın da uzun müddət davam edəcəyi gözlənilmir, çünki bu vəziyyətdən onun Fars körfəzi ölkələrində yerləşən müttəfiqləri ciddi şəkildə əziyyət çəkirlər”.

ELAZ.İNFO-ya danışan Natiq Salehov fikrinə davam edərək bildirir ki, “doğrudur, Səudiyyə Ərəbistanı hazırda Hörmüz boğazından keçmədən də, dünya bazarlarına, gündəlik olaraq 7 mln barel xam neft çıxara bilir. Ancaq Hörmüz böhranı davam edərsə, İranın Yəməndə yerləşən proksi Husi qüvvələri tərəfindən, Qırmızı dənizdən keçən tankerlərə raket və dron zərbələri endirməklə, bu beynəlxalq ticarət yolunu da iflic vəziyyətə sala bilər.

Natiq Salehov onu da bildirir ki, “İran ABŞ-ın Fars körfəzində yerləşən müttəfiqlərinə qarşı assemetrik müharibə aparmaqla, Hörmüz boğazını nəzarətə götürməklə, ABŞ-ı çıxılmaz vəziyyətə qoymaqla, bu müharibədə strateji cəhətdən qalib gəlib.

Hazırda, Tramp hər vəclə İranla hansısa razılığa gəlib, çərçivə sazişi bağlamaq istəyir”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın