Tramp Çinlə bağlı hesabatı şərh etdi

Tramp Çinlə bağlı hesabatı şərh etdi

ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Çinin bəzi qurumlarının İrana peyk görüntüləri ötürdüyü barədə yayılan məlumatları ciddi şəkildə təsdiqləməyib.

Reuters yazır ki, İordaniyadakı ABŞ bazasına iyul ayında həyata keçirilən və üç amerikalı hərbçinin ölümü ilə nəticələnən hücumdan gedir. Tramp bildirib ki, ABŞ və Çin qarşılıqlı müşahidə fəaliyyətləri həyata keçirir.

Qeyd edək ki, ABŞ və Çin prezidentlərinin sentyabrın 24-də görüşməsi gözlənilir. Lakin Pekin görüşü hələ rəsmi şəkildə təsdiqləməyib.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın