Sosial mediada Trampla Meloni atışması

Tramp İtaliyanın La7 televiziya kanalına verdiyi müsahibədə bildirib ki, Fransada keçirilən G7 Zirvəsi zamanı görüşdüyü Meloninin “mənimlə şəkil çəkdirməyi yalvarıb. O, həqiqətən şəkil çəkdirmək istəyirdi, mən çəkdirməzdim, amma ona yazığım gəldi”.

ELAZ.İNFO xəbər verir ki, Meloni sosial mediada Trampın sözlərinin yalan olduğunu bildirərək əlavə edib:

“Unutmaq olmaz ki, İtaliya və mən heç vaxt yalvarmırıq”.

Tramp daha sonra Meloninin sosial mediada onunla şəkil çəkdirmək istədiyi iddialarını təkrarlayaraq deyib:

-“İndi ABŞ İranı hərbi cəhətdən məğlub etdiyinə görə, o (Meloni) öz fikirlərini artırmaq üçün yenidən dost olmaq istəyir. Xeyr, təşəkkür edirəm”.

Meloni cavab verib:

“Prezident Tramp, bu davamlı və əsassız hücumlar mənasızdır. Populyarlığıma gəldikdə isə, sizin dostunuz olmaq, əlbəttə ki, mənə fayda verməyib”.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın