Somalidə İran balıqçı gəmisi ələ keçirildi: Göyərtədə 23 nəfər olub

ELAZ.İNFO xəbər verir ki, Somalinin şimal-şərq sahillərində 23 nəfərin olduğu İran balıqçı gəmisinin quldurlar tərəfindən ələ keçirildiyi bildirilir. “Azini” adlı gəminin Bandar-Beyla və Hafun şəhərləri arasındakı sahədə saxlanıldığı qeyd olunur.
Məlumata əsasən, gəmidə 21 İran vətəndaşı və iki somalili mühafizəçi olub. Hücumda 12 nəfərin iştirak etdiyi bildirilir. Ekipajın hazırkı vəziyyəti barədə hələlik dəqiq məlumat yoxdur. Avropa İttifaqının “Atalanta” dəniz əməliyyatı insidentlə bağlı araşdırmaya başlayıb.
İslam MAHMUDOV
210




