FHN ötən həftənin statistikasını açıqladı: 38 nəfər xilas edilib

ELAZ.İNFO xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin ötən həftə ərzində həyata keçirdiyi əməliyyatların statistikası açıqlanıb. Həmin müddətdə yanğınlarla bağlı 143 çağırış qeydə alınıb.
Nazirliyin məlumatına görə, xilasetmə qüvvələri müxtəlif hadisələr zamanı ümumilikdə 38 nəfəri xilas edib. Xilas olunanların 10-u azyaşlı olub. Bundan başqa, köməksiz vəziyyətdə qalma halları və iki yol-nəqliyyat hadisəsi üzrə də əməliyyatlar aparılıb. Müxtəlif hadisələrlə bağlı iki nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Günel GÜNTAC
180




