Özbəkistan və Pakistan iqtisadi əlaqələri genişləndirmək niyyətindədir

02.11.2026

ELAZ.İNFO xəbər verir ki, Özbəkistan və Pakistan arasında ticarət, investisiya və birgə iqtisadi layihələrin inkişafı müzakirə olunub. Məsələ noyabrın 1-də iki ölkənin xarici işlər nazirləri arasında keçirilən telefon danışığında gündəmə gəlib.

Tərəflər ikitərəfli ticarət dövriyyəsinin artırılması, logistika imkanlarının genişləndirilməsi və kənd təsərrüfatı, qida emalı, tekstil kimi sahələrdə ortaq layihələrin təşviqi barədə fikir mübadiləsi aparıblar. Ölkələr ticarət dövriyyəsini 2 milyard dollara çatdırmağı hədəfləyirlər.

Günel GÜNTAC

👁 320