Bolqarıstanda prezident seçkisinin nəticələri açıqlanır

02.11.2026

ELAZ.İNFO xəbər verir ki, Bolqarıstanda prezident seçkilərinin ikinci turunda İliyana Yotova və onun vitse-prezidentliyə namizədi Kiril Valçev öndədir. Seçki komissiyasının açıqladığı ilkin hesablamalara əsasən, səslərin 98,43 faizi işləndikdən sonra bu cütlük 57,636 faiz səs toplayıb.

Rəqibləri Andrey Gyurov və Georgi Kandev isə 39,402 faiz səs əldə ediblər. Yekun nəticələrin noyabrın 4-dən gec olmayaraq elan olunacağı gözlənilir. Seçkinin nəticəsi ölkənin növbəti siyasi mərhələsi baxımından diqqətlə izlənilir.

Günel GÜNTAC

👁 50