Novxanı–Pirşağı yolunda ağır qəza: 5 nəfər xəsarət aldı

ELAZ.İNFO xəbər verir ki, Novxanı–Pirşağı avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.
Yaralılar hadisə yerindən təcili tibbi yardım avtomobili ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. Qəzanın hansı şəraitdə baş verdiyi hələlik açıqlanmayıb. Hadisənin səbəbləri araşdırılır.
Günel GÜNTAC
180




