Dünya kinosunun əfsanələrindən biri vəfat edib: Ser Patrik Stüart 86 yaşında dünyasını dəyişdi

30.10.2026

Dünya kino və teatr sənətinin tanınmış simalarından olan britaniyalı aktyor Ser Patrik Stüart 86 yaşında vəfat edib.

ELAZ.İNFO Sky News-a istinadən xəbər verir ki, aktyor Los-Ancelesdəki evində, Alzheimer və demensiya ilə bağlı xəstəliklərlə mübarizədən sonra dünyasını dəyişib. Ölümü barədə məlumat onun rəsmi Instagram səhifəsində yayımlanan açıqlamada verilib.

Stüart geniş tamaşaçı auditoriyasına ilk növbədə “Star Trek: The Next Generation” serialındakı kapitan Jan-Lük Pikard obrazı ilə tanınıb. O, həmçinin “X-Men” filmlərində professor Çarlz Ksavier rolunu canlandıraraq milyonlarla kino həvəskarının yaddaşında qalıb.

Aktyorun yaradıcılığı yalnız ekranla məhdudlaşmırdı. O, teatr səhnəsində də uzun illər fəaliyyət göstərib, Şekspir əsərlərindəki rolları ilə xüsusi rəğbət qazanıb.

Günel GÜNTAC

👁 190