Şirvan-Salyan Təhsil İdarəsinin Rəhbəri Vətəndaşların Müraciətlərini Dinləyib

30.10.2026

Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi sakinlərlə birbaşa dialoqu və müraciətlərə operativ reaksiyanı diqqətdə saxlayır. Oktyabr ayında Rəşad Musayevin növbəti vətəndaş qəbulu baş tutub.

ELAZ.INFO xəbər verir ki, görüş çərçivəsində sakinlər təhsil sahəsi ilə bağlı onları düşündürən müxtəlif məsələləri, şikayət və təklifləri doğrudan idarə rəhbərinin diqqətinə çatdırıblar. Qaldırılan hər bir müraciət fərdi qaydada nəzərdən keçirilib, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq operativ həll edilməsi üçün aidiyyəti struktur bölmələrinə dərhal tapşırıqlar verilib. Əlavə araşdırma və vaxt tələb edən müraciətlər isə xüsusi qeydiyyata alınaraq nəzarətə götürülüb.

Xatırladaq ki, bölgə sakinlərinin rahatlığını təmin etmək məqsədilə qurumun məsul şəxsləri həftənin iş günləri saat 15:00-dan 18:00-dək vətəndaşları qəbul edir. İdarə müdiri Rəşad Musayevin şəxsi qəbul günləri isə hər həftənin cümə axşamı (IV gün) eyni saatlarda təşkil olunur.

Ruslan MƏMMƏDOV 🖋️

👁 340