Zaur Uguyev Güləş üzrə Dünya Çempionatının Finalına Vəsiqə Qazanıb

30.10.2026

Astana şəhərində keçirilən sərbəst güləş üzrə dünya çempionatında mübarizə aparan rusiyalar Pəhləvan Zaur Uguyev həlledici mərhələyə yüksəlib.

ELAZ.INFO xəbər verir ki, 61 kiloqramadək çəki dərəcəsində qüvvəsini sınayan idmançı yarımfinal görüşündə Albaniya təmsilçisi Zelimxan Abakarovla qarşılaşlıb. Gərgin keçən mübarizədə rəqibinə üstün gələn Uguyev adını finala yazdırıb. Çempionatın qızıl medalı uğrunda həlledici qarşılaşmada onun rəqibi iranlı Əhməd Cavan olacaq. Xatırladaq ki, dünya çempionatı noyabrın 1-də başa çatacaq.

Ruslan MƏMMƏDOV 🖋️

👁 190