Formula 1-də tarixi nəticə: 20 yaşlı pilot dünya çempionu oldu

ELAZ.İNFO xəbər verir ki, “Mercedes” komandasının pilotu Kimi Antonelli Formula 1 tarixində ən gənc dünya çempionu kimi adını idman tarixinə yazdırıb. İtaliyalı sürücü Meksika Qran-prisində finiş xəttini üçüncü keçməklə 2026-cı il mövsümünün çempionluğunu təmin edib.
20 yaşlı Antonelli bu uğura karyerasının ikinci Formula 1 mövsümündə nail olub. Meksikadakı yarışı “Red Bull” pilotu Maks Ferstappen birinci, “Ferrari”dən Lüis Hemilton isə ikinci pillədə başa vurub. Antonellinin nəticəsi əvvəlki yaş rekordunu da yeniləyib.
İslam MAHMUDOV
190




