Azərbaycan iqlim dəyişikliyinə qarşı aqrar layihəyə qoşuldu

02.11.2026

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılmasını hədəfləyən regional proqramda iştirak edəcək.

Asiya İnkişaf Bankının həyata keçirdiyi “Buzlaqlardan fermalara” təşəbbüsü su ehtiyatlarının qorunması və kənd təsərrüfatının iqlim risklərinə davamlılığının artırılmasına yönəlib.

Proqramın ümumi maliyyələşməsi təxminən 5 milyon ABŞ dollarıdır. Layihədə Azərbaycanla yanaşı, daha səkkiz ölkə iştirak edir. Azərbaycan üçün nəzərdə tutulan maliyyə payı 555 min ABŞ dollarıdır. Təşəbbüs çərçivəsində çay hövzələrinin vəziyyətinin öyrənilməsi, elmi məlumatlara əsaslanan planlaşdırma və regional əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Günel GÜNTAC

👁 230