“Nədən yazırsan yaz, hadisələrə necə münasibət bildirirsən bildir, söhbətin nədən getdiyini bilməyən bir dəstə nadan, böhtançı, şər atmağa fürsət gəzən, əxlaqsız, öz millətindən bixəbər ortaya düşüb sənin sözünü öz ağılları kəsən və ya şərəfsizliklərinə uyğun şəkildə yozacağlar. Bəlkə biz Xameneyiyə yas keçirmişik?”
ELAZ.İNFO xəbər verir ki, bu fikirlər Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlıya aiddir. O özünün sosial şəbəkə hesabında hiddətlənərək daha sonra yazır ki, “Bəlkə siz yası keçirənlərin kimliyini və məqsədini bilmirsiniz? Hansı haqla bizi bi işlərə qatırsınız? Yas “simvolpk məna daşıyır” demək yas keçirmək və ya ona haq qazandırmaqdır? Bu sözü demək İran molla rejimini müdafiə etməkdir? Dil bilmirsinizsə, gedin oxuyun,dilimizi öyrənin! Gedin 28 il öncə və 4 ay əvvəl Xameneyiyə yazdığım açıq məktubları tapıb oxuyun! Görün kim indiki İran rejiminin düşmən mahiyyətini məndən artıq açıb göstərib, kim İran türklərinin hüquqlarını on illərlə ardıcıl şəkildə müdafiə edir?”
Xalq şairi davam edərək bildirir ki, “Biri türkçülüyümüzə dil uzadır, birə bizi İranpərəst sayır, digəri İran düşməni kimi haqqımızda fitva verir…Bu nə qaragüruhdur? Sizin ananız, bacınız, qızınız yoxdur? Zərrə qədər namusu, qeyrəti olan adam başqasının ailəsinə dil uzatmaz. Sürü təfəkkürü ilə yaşayan və uydurma kimliklərlə ortaya çıxanlar nə vaxta qədər üzdə olan adamlarımızı gözdən salmağa çalışacaqlar? Bu insan olana yaraşan işdir?”
İlahə BAYINDIR