Sabah deyil, bu gün: Azərbaycanda hava necə olacaq? – 29 oktyabrın proqnozu

ELAZ.İNFO xəbər verir ki, oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, bəzi saatlarda buludluluğun artacağı gözlənilir. Günün birinci yarısında ayrı-ayrı yerlərdə çiskin ehtimalı var.
Hidrometeoroloji proqnoza əsasən, paytaxt və Abşeron yarımadasında şimal-şərq və şərq istiqamətli külək əsəcək. Gecə saatlarında havanın temperaturu 13–15 dərəcə, gündüz isə 15–17 dərəcə isti olacaq.
Ölkənin digər bölgələrində də hava şəraiti dəyişkən olacaq. Bəzi ərazilərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Dağlıq ərazilərdə duman müşahidə edilə, yüksək dağlıq ərazilərə isə qar yağa bilər.
Bölgələrdə gecə 12–16 dərəcə, gündüz 17–20 dərəcə isti gözlənilir. Dağlıq ərazilərdə gecə temperaturu 0–5 dərəcə, gündüz isə 5–9 dərəcə isti olacaq.
Dəyişkən hava şəraiti ilə əlaqədar sürücülərin yollarda diqqətli olmaları, xüsusilə yağışlı və dumanlı ərazilərdə sürət həddinə əməl etmələri tövsiyə olunur.
Günel GÜNTAC




