Rusiyanın Lipetsk TETS-də partlayışlar barədə məlumat yayılıb

Rusiyanın cənub-qərb bölgəsində yerləşən sənaye mərkəzində kritik infrastruktura zərbə dəydiyi bildirilir.

ELAZ.İNFO xəbər verir ki, ilkin məlumatlara görə, Rusiyanın Qərb hissəsində yerləşən iri sənaye şəhəri Lipetskdəki İstilik Elektrik Stansiyasında (TETS) partlayışlar baş verib. Şəhər Ukraynanın şimal-şərqindəki cəbhə xəttindən təxminən 350-400 kilometr, Moskvadan isə 440 kilometr cənub-şərqdə yerləşir.

İstilik Elektrik Stansiyası yanacaq (əsasən təbii qaz və ya kömür) yandırmaqla elektrik enerjisi istehsal edir və regional elektrik şəbəkəsini təmin edir. Mülki istehlakla yanaşı, bu kimi obyektlər regionda fəaliyyət göstərən sənaye istehsalını, dəmir yolu infrastrukturlarını, rabitə sistemlərini və hərbi-sənaye komplekslərini enerji ilə təchiz edir.Lipetsk mühüm sənaye infrastrukturlarına ev sahibliyi edən strateji mərkəzdir. Regionda həmçinin Rusiya Hərbi Hava Qüvvələrinin əsas təlim və hazırlıq mərkəzlərindən biri olan Lipetsk aviabazası kimi hərbi obyektlər yerləşir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın