Rusiyanın ali məktəblərində “Dövlət dili kimi rus dili” tədris modulu yaradılır

Rusiyanın ali təhsil müəssisələrində yaxın zamanlarda “Dövlət dili kimi rus dili” adlı yeni tədris modulunun hazırlanmasına başlanılacaq. Bu yeni fənn çərçivəsində rus dilinin konstitusion statusu və Rusiyanın dil siyasəti məsələləri əsas tədqiqat və öyrənmə predmeti olacaq.

ELAZ.İNFO xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Dmitri Çernışenko Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF-2026) çərçivəsində TASS-ın baş direktoru Andrey Kondraşova verdiyi müsahibədə məlumat verib.

Baş nazirin müavini layihənin birbaşa ölkə rəhbərliyinin tapşırığı ilə reallaşdırıldığını diqqətə çatdırıb: Dmitri Çernışenko bildirib ki, Rusiya Prezidentinin qeyd etdiyi kimi, yaxın vaxtlarda ali məktəblər üçün “Dövlət dili kimi rus dili” tədris modulunun işlənilməsinə start verilir. Yeni modulun predmetinə rus dilinin hüquqi-konstitusion statusu ilə yanaşı, Rusiyanın ümumi dil siyasətinə dair mühüm məsələlər də daxil ediləcək.

Hökumət rəsmisinin sözlərinə görə, bu fənn sadəcə müvəqqəti və ya seçməli bir kurs olaraq qalmayacaq. Gələcək perspektivdə sözügedən intizamın Rusiyada ali təhsilin formalaşdırılmaqda olan “vahid nüvəsi”nin (məcburi baza proqramının) tərkib hissəsinə çevrilməsi nəzərdə tutulur.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın