ELAZ.İNFO xəbər verir ki, israil tərəfi bildirir ki, nüvə proqramı bərpa olunarsa, razılaşmadan asılı olmayaraq İrana zərbə endirəcəyik.
İsrailin energetika naziri və ölkənin Təhlükəsizlik Kabinetinin üzvü Eli Kohen bildirib ki, İsrail və ABŞ regiondakı bütün proseslərlə bağlı sıx təhlükəsizlik və kəşfiyyat koordinasiyası aparırlar.
Kohen Tehrana qarşı təzyiq siyasətinin davam edəcəyini vurğulayaraq deyib: “Razılaşma ilə və ya razılaşma olmadan, hər hansı xarici öhdəlikdən asılı olmayaraq, əgər İran nüvə proqramını yenidən bərpa etməyə və ya ballistik raket sənayesini inkişaf etdirməyə cəhd etsə, biz hazır olacağıq. Hərəkət edəcəyik və hücum edəcəyik.”
Aydan


