Qərbi Balkan Gəncləri İlə Avropanın Gələcəyi Müzakirə Olunub

19.10.2026

Brüsseldə Avropa İttifaqı nümayəndələri ilə Qərbi Balkan regionundan və digər tərəfdaş ölkələrdən gələn fəal gənclər arasında “Gənclər Siyasəti Dialoqu” (Youth Policy Dialogue) çərçivəsində ilhamverici görüş keçirilib.

ELAZ.INFO xəbər verir ki, tədbir zamanı gənclər Avropanın gələcəyi, regionun geostrateji mövqeyi və Aİ-nin genişlənmə perspektivləri ilə bağlı öz baxışlarını təqdim ediblər.Müzakirələrin əsas diqqət mərkəzində xarici müdaxilələrlə mübarizə, sülhün bərqərar olunmasında gənclərin rolu və Qərbi Balkan regionunun Avropa Ailəsindəki yeri dayanıb. İştirakçılar müasir geosiyasi çağırışlar fonunda Avropa İttifaqından gözləntilərini bölüşərək innovativ həll yolları taklif ediblər.Aİ rəsmiləri gənclərin həvəsini, analitik yanaşmalarını və təqdim etdikləri strateji tövsiyələri yüksək qiymətləndirərək, dünyada dayanıqlı sülhün bərqərar olunmasında onların səsinin həlledici rol oynadığını vurğulayıblar.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁40