Rumıniya Hava Qüvvələri NATO Səmasında İki PUA-nı Məhv Edib

19.10.2026

Rumıniya Hərbi Hava Qüvvələrinin 86-cı Aviasiya Bazasının F-16 qırıcı təyyarələri ölkənin hava məkanını pozan düşmən PUA-larını uğurla zərərsizləşdirib.

ELAZ.INFO xəbər verir ki, NATO-nun komandanlığı altında 24/7 rejimində döyüş növbətçiliyi aparan 86-cı Aviasiya Bazasının şəxsi heyəti növbəti uğurlu əməliyyatını həyata keçirib. Şənbə günü axşam saatlarında Rumıniyanın hava məkanına icazəsiz daxil olan “GERAN” tipli iki hücum PUA-sı rumıniyalı pilotlar tərəfindən vurularaq yerə salınıb.

Rumıniya Müdafiə Nazirliyindən bildirilib ki, hər bir missiyanın uğuru bütün komandanın birgə əməyindən asılıdır. F-16 qırıcılarını silahlandıran və onların hər an hava hədəflərini vurmağa hazır olmasını təmin edən yerüstü texniki heyət bu prosesdə həlledici rol oynayır.

Əməliyyatın uğurla yekunlaşması qurudakı texniki mütəxəssislərin, radiolokasiya heyətinin, meteo-mütəxəssislərin, hava hərəkətini idarə edənlərin və NATO-nun İspaniyanın Torrexon şəhərində yerləşən Birləşmiş Hava Əməliyyatları Mərkəzinin (CAOC Torrejón) sıx koordinasiyalı fəaliyyətinin nəticəsidir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁31