636-cı Batalyona Yeni Enerji Stansiyaları Təhvil Verildi


Düşmən dronlarını və raketlərini gizli meşə zolaqlarından izləyib zərərsizləşdirərkən səssizlik sağ qalmağın və uğurun əsas şərtidir.
ELAZ.INFO xəbər verir ki, “Ukraynaya Dəstək Fondu” çərçivəsində növbəti taktik yardım Ukrayna Silahlı Qüvvələrinin 636-cı batalyonunun ZRK (Zenit-Raket Kompleksi) hava hücumundan müdafiə taqımına çatdırılıb. Hərbçilərə yeni “Pecron” stasionar enerji stansiyaları təhvil verilib.
Hava hücumundan müdafiə qrupları hər zaman gizli və mobil olmaq məcburiyyətindədirlər. Sığınacağın dərhal yanında səssiz və ani elektrik mənbəyinin olması döyüşçülərin texniki avadanlıqlarını hər an hazır vəziyyətdə saxlamağa imkan verir. Axtarış fənərlərinin batareyaları, Gecə görmə cihazları, Hədəfi izləmə planşetləri, hava həyəcanı siqnalı verildiyi anda tam işlək vəziyyətdə olur. Mühərriklə işləyən küy yaradan generatorlardan fərqli olaraq, bu cihazlar səs çıxarmadığı üçün hərbçilərin yerini düşmənə bəlli etmir.
Təşkilatçılar bildirirlər ki, təmin edilən bu cür ağıllı və praktiki taktiki üstünlüklər birbaşa Ukrayna döyüşçülərinin həyatını xilas edir və cəbhədəki effektivliyini artırır. Hazırda ön xəttdə olan digər hərbi hissələrdən də enerji stansiyaları və generatorlarla bağlı yeni müraciətlər daxil olmaqdadır.
Ruslan MƏMMƏDOV





