Böyüklərə Hörmət Və Ənənəvi Ziyarətlər


Ay təqvimi ilə 9-cu ayın 9-cu gününə təsadüf edən qədim Çonyan Festivalı (“Çifte Doqquzluq” / Chongyang) Çində təntənə ilə qeyd olunur. Bu gün ənənəvi olaraq dağ yürüşləri, xrizantema çiçəklərinə tamaşa edilməsi və yaşlı nəslə xüsusi ehtiram göstərilməsi günü kimi tanınır.
ELAZ.INFO xəbər verir ki, yaşlı insanların rifahı və xoşbəxtliyi Çin Xalq Respublikasının Sədri Si Cinpinin diqqət mərkəzində olan əsas sosial məsələlərdən biridir.
Si Cinpin son illərdə ölkənin müxtəlif bölgələrinə səfərləri zamanı tez-tez yaşlı vətəndaşlarla görüşür, onların sosial təminatı və yaşam şəraitilə maraqlanır. Bu il Yaz Festivalı (Bahar Bayramı) ərəfəsində Pekindəki qocalar evinə etdiyi baxış səfəri zamanı Çin lideri vurğulamışdı ki, yaşlı nəslə qayğı və dəstək göstərmək bütün cəmiyyətin ortaq məsuliyyətidir.
Çində “Çonyan” günü həm də rəsmi olaraq “Yaşlılar Günü” kimi qeyd olunur. Bayram çərçivəsində ölkə üzrə yaşlılar üçün pulsuz tibbi müayinələr, sosial tədbirlər və mədəniyyət proqramları təşkil edilir.
Ruslan MƏMMƏDOV





