Yeni Qlobal Təhlükəsizlik Alyansı

19.10.2026

Yaponiya, Avropa İttifaqı və NATO Hind-Sakit okean regionunun təhlükəsizliyi və Ukraynaya dəstək məsələlərində güclərini birləşdirərək vahid strateji platformada bir araya gəliblər.

ELAZ.INFO xəbər verir ki, dünya liderləri qlobal sabitliyi qorumaq, qaydalara əsaslanan beynəlxalq nizamı möhkəmləndirmək və müasir təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparmaq üçün daha sıx strateji koordinasiyaya keçdiklərini bəyan ediblər.

Son dövrlər artan geosiyasi gərginliklər fonunda Yaponiya və NATO arasında tərəfdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Avropa və Asiya-Sakit okean regionunun təhlükəsizliyinin bir-biri ilə sıx bağlı olduğunu vurğulayan tərəflər, xüsusilə Ukraynadakı müharibənin qlobal təsirlərinə qarşı ortaq addımlar atmağı hədəfləyirlər.

Liderlər bildiriblər ki, beynəlxalq hüquq normalarının pozulmasına və güc tətbiqi vasitəsilə sərhədlərin dəyişdirilməsi cəhdlərinə qarşı Avropa və Asiya müttəfiqlərinin birgə fəaliyyəti həlledici əhəmiyyət kəsb edir

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁29