Azərbaycanın Zəngin İrsi Təqdim Olundu

19.10.2026

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi Vaşinqton şəhərinin mərkəzində təşkil olunanənənəvi Türk Festivalında (“TurkishFestival”) iştirak edib.

ELAZ.INFO xəbər verir ki, səfirlik Azərbaycanın milli mətbəxinin, qədim adət-ənənələrinin və zəngin mədəni irsinin nümayiş etdirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Evinə (“AzerbaijaniHouse”) xüsusi təşəkkürünü bildirib.

Festival zamanı Vaşinqton sakinlərinin, xarici qonaqların və amerikalı soydaşlarımızın Azərbaycanın alovlu musiqiləri və rəqsləri sədaları altında bir araya gəlməsi böyük coşğu yaradıb. Bu ilki tədbir həm də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 35 illiyinə təsadüf etdiyindən daha da əlamətdar olub.Qonaqlar milli mətbəximizin ləzzətlərini dadmaqla yanaşı, ölkəmizin mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁29