Ukraynanın Müdafiə Xəttindən Son Xəbərlər: Cəbhədəki Vəziyyət Və Strateji Uğurlar

19.10.2026

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general-mayor Mixaylo Drapatının cəbhədəki mövcud əməliyyat şəraiti ilə bağlı təqdim etdiyi son hesabat müdafiə xəttindəki aktiv fəallığı və strateji nəticələri bir daha nümayiş etdirib.

ELAZ.INFO xəbər verir ki, Ukrayna ordusu cəbhə boyu rus qoşunlarının hücum cəhdlərinin və sızma həmlələrinin qarşısını almağa, eyni zamanda müəyyən istiqamətlərdə aktiv müdafiə taktikası ilə əraziləri azad etməyə dəvam edir.Hesabata əsasən, hazırda ən gərgin döyüş ocaqlarından biri sayılan Dobropilya istiqamətində Rusiya qüvvələrinin hücum və yarma cəhdlərinin qarşısı qətiyyətlə alınır. Ukrayna bölmələri mövqeləri saxlayaraq düşmənin irəliləməsinə imkan vermir.

Eyni zamanda Donetsk (Donbas) regionunun digər cinahlarında, Xarkov və Zaporojye vilayətlərində də müdafiə xətləri möhkəmləndirilib. Ukrayna Ordusunun Hava Hücumu Qüvvələri və 3-cü Ordu Korpusunun birgə əməliyyatları sayəsində düşmənə ağır zərbələr endirilib.

Mürəkkəb döyüş şəraitinə baxmayaraq, aşağıdakı strateji yaşayış məntəqələri və ətrafları tam olaraq Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır: Dobropilya, Kostyantynivka, Oleksiyivka-Druzjkivka, Orikiv (Orixiv) Novopavlivka, Novodriyivka, Velykomykhailivka Bununla yanaşı, Kramatorsk ətrafındakı müdafiə zonasında da təhlükəsizlik tədbirləri yüksək səviyyədə saxlanılır. Payız mövsümünün başlanğıcından etibarən Ukrayna döyüşçüləri azad edilən ərazilərin sahəsinə görə Rusiya ordusunun işğal cəhdlərini üstələyib. Bu müsbət dinamika ilin digər rüblərində olduğu kimi saxlanılmaqdadır.

Rusiya tərəfinin “Zaporojyeyə 5 kilometrlik məsafədə yaxınlaşmaq” barədə yaydığı iddiaların dezinformasiya olduğu bildirilib. Ukrayna Müdafiə Qüvvələri düşməni Zaporojye şəhərindən 20 kilometrdən çox məsafədə saxlayaraq zərərsizləşdirməyə davam edir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁28