Aİ İordan Sahilindəki Hücumları Pislədi


Avropa İttifaqı (Aİ) İordan çayının qərb sahilində radikal məskunlaşanların fələstinlilərə, katolik nümayəndələrinə və Avropa diplomatlarına qarşı törөtdiyi zorakı hücumları qətiyyətlə pisləyib.
ELAZ.INFO xəbər verir ki, bu bəyanat Belçikanın Xarici İşlər Naziri Maksim Prevotun bölgədə baş verən insidentlə bağlı sərt açıqlamasından bir gün sonra verilib. Belçikalı nazir İordan çayının qərb sahilindəki Taybə qəsəbəsində maskalı şəxslərin mülki fələstinlilərə, beynəlxalq diplomatlara, Fransa merinə və katolik missiyasının nümayəndələrinə hücum etdiyini bildirmişdi.
Qeydə alınan insident zamanı həmin ərazidə ənənəvi zeytun yığımı mövsümündə olan yerli sakinlər və beynəlxalq nümayəndələr təcavüzə məruz qalıblar. Aİ-nin xarici siyasət sözçüsü bəyan edib ki, qurum bəzi İsrail rəsmilərinin bu hücumları pisləyən açıqlamalarını müsbət qəbul edir. Lakin bununla kifayətlənməyərək real nəticələr gözlənilir: “Biz günahkarların tam məsuliyyətə cəlb olunmasını və davam edən zorakılıqların, o cümlədən zeytun yığımı mövsümündə fələstinlilərə və jurnalistlərə qarşı təqiblərin qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edirik.
Ruslan MƏMMƏDOV





