“Arsenal” Son Dəqiqə Qolu İlə Qələbə Qazandı, “Mançester Yunayted” Xal İtirdi


İngiltərə Premyer Liqasının növbəti turunda kritik qarşılaşmalar baş tutub. “Arsenal” çətin səfər matçından 3 xalla dönməyi bacarıb, “Brayton” runsunu fırtına kimi davam etdirib, “Mançester Yunayted” isə xal itkisi ilə üzləşib.
ELAZ.INFO xəbər verir ki, “Arsenal” səfərdə “Nottingem Forest”i minimalist hesabla üstələyərək lider “Mançester Siti” ilə xal fərqinin artmasına imkan verməyib. Zirvə yarışından qopmaq istəməyən “Arsenal” Nottingem səfərində olduqca çətin anlar yaşayıb. Oyun boyunca rəqib qapısına vurulan yeganə dəqiq zərbə qarşılaşmanın taleyini həll edib. Noni Maduekenin oyunun sonlarına doğru vurduğu möhtəşəm qol “topçular”a vacib 1-0 hesablı qələbəni gətirib. Bu nəticə ilə “Arsenal” turnir cədvəlində lider “Mançester Siti”dən 3 xal geridə 2-ci pillədəki yerini qoruyub.
Günün en sensasiyalı matçı “Brayton” və “Kristal Palas” arasında baş tutub. “Brayton” öz meydanında rəqibini 5-0 hesabı ilə darmadağın edərək şou göstərib. Oyunda Xaralampos Kostoulasın 4-cü qolu ilə yanaşı, Dieqo Qomezin öz meydançasından (meydanın mərkəzindən) vurduğu inanılmaz qol matça damğa vurub. Bu qələbə ilə xallarını 16-ya çatdıran “Brayton” cədvəlin 3-cü pilləsinə yüksəlib
Turun digər maraqla gözlənilən matçında “Mançester Yunayted” “Lids Yunayted”in qonağı olub. “Elland Roud” stadionunda keçirilən gərgin qarşılaşma 1-1 hesablı bərabərliklə yekunlaşıb. Günün digər matçında isə “Bornmut” mövsümdəki ilk qələbəsini qazanaraq 15-ci sıraya qalxıb.
Ruslan MƏMMƏDOV





