Neft Sektoruna 76 Milyard Dolar İnvestisiya Gözləyir


Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ölkənin neft sənayesinə yaxın 5 il ərzində təxminən 76 milyard dollar həcmində sərmayə yatırılacağını bəyan edib.
ELAZ.INFO xəbər verir ki, Rodrigesin sözlərinə görə, ABŞ ilə əldə olunmuş ikitərəfli razılaşma çərçivəsində 17 neft yatağının işlənilməsi və 250 qazma qurğusunun istifadəyə verilməsi nəzərdə tutulub. Keçmiş prezident Nikolas Maduronun devrilməsindən sonra Karakas administrasiyası Vaşinqtonun dəstəyi ilə enerji sektorunu xarici investisiyalar üçün yenidən açır. Delsi Rodriges tərəflər arasında ümumilikdə 61 müqavilədən ibarət geniş paket sazişinin imzalandığını bildirib.
Strateji layihələr çərçivəsində ölkənin ən mühüm neft bölgələrindən sayılan Suliya (Zulia) ştatında hasilatın kəskin artdığı vurğulanıb. Əvvəllər gündəlik 70 min barelə qədər düşən hasilat artıq 370 min barelə çatdırılıb və ilin sonunadək bu göstəricinin gündəlik 400 bin barelə yüksəldilməsi hədəflənir.
Ruslan MƏMMƏDOV





